UNBOUNDEDU ACADEMY
Kursun rəhbəri və müəllimi

Nazilə
Rüstəmli

Metodist, ingilis dili müəllimi və müəllimlər üçün mentor. 6 ildən artıqdır ki, 1000-dən çox tələbəni məqsədinə çatdırıb — uşaqlardan universitet tələbələrinə, gələcək müəllimlərdən imtahana hazırlaşanlara qədər.

General EnglishPre-IELTSCambridge EnglishMentor
@englishwithnazila
Nazilə Rüstəmli
TKT M1·M2·M3TESOLTEFL1000+uğurlu tələbə
6+
il təcrübə
1000+
uğurlu tələbə
3/3
TKT modulu
3
beynəlxalq sertifikat
UĞUR VƏ NAİLİYYƏTLƏR

Sinifdən universitet kafedrasına, oradan DİM-ə

Universitet

Azərbaycan Dillər Universitetində müəllim

Bir zamanlar tələbəsi olduğu ADU-ya indi müəllim kimi qayıdıb. Universitetdə “Sosial ünsiyyətin tədrisi” kursunu tədris edir.

Dövlət İmtahan Mərkəzi

DİM-də ingilis dili üzrə marker müəllim

2023-cü ildən Dövlət İmtahan Mərkəzində ingilis dili yazı işlərinin qiymətləndirilməsində marker müəllim kimi iştirak edir. İmtahanlarda zal nəzarətçisi kimi də fəaliyyət göstərib və DİM tərəfindən sertifikatla təltif olunub.

Cambridge imtahan mərkəzi

ITAC — International Training and Assessment Center

Cambridge English Qualifications-ın rəsmi imtahan mərkəzi olan ITAC-da müəllim kimi çalışıb. Tələbələri Cambridge YLE (Movers) imtahanlarında maksimum nəticələrə — 5/5 qalxana qədər — çatıb.

Mentorluq

Müəllimlərin müəllimi

Müəllimləri TEFL, TESOL və TKT sertifikatlarına hazırlayır, TESOL marafonları və TKT self-study proqramları aparır. Bu təcrübə Unbound-un bütün ingilis dili dərslərinin əsasındakı strategiyanı formalaşdırır.

Peşəkar inkişaf

Beynəlxalq təlim və konfranslar

ADA Universitetində beynəlxalq metodika tədbirlərində, Təhsil İnstitutunun (ARTİ) “Peşəkar ol” layihəsi üzrə təlimlərdə iştirak edib. Öyrəndiklərini dərhal dərslərinə gətirir.

Unbound-un ürəyi

Nazilə Rüstəmlinin dərs strategiyası

Unbound-da bütün ingilis dili dərsləri bu strategiya ilə keçirilir: dərs planlarını Nazilə Rüstəmli özü hazırlayır, müəllimlərimiz onun metodikası və mentorluğu ilə işləyir. Hansı qrupda oxusanız da, keyfiyyət eynidir.